ATƏT-in baş katibi Tomas Qreminqer tezliklə Azərbaycana səfər edəcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Vyanada Elmar Məmmədyarov və Tomas Qreminqer arasında görüş baş tutub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
“Görüş zamanı E.Məmmədyarov Qreminqeri yaxın gələcəkdə Azərbaycana səfər etməyə dəvət etdi. Səfər münasibətilə Bakıda yaşıl limanların və bağlılığın təşviqi ilə bağlı konfrans təşkil olunacaq”, - məlumatda qeyd edilir.
Məmmədyarov və Qreminqer, həmçinin ATƏT-in “Xəzər Dənizi bölgəsində Yaşıl Limanların və Bağlılığın təşviq edilməsi” layihəsinin həyata keçirilməsinin hazırkı mərhələsini müzakirə etdilər. Layihə Xəzər dənizi boyunca və daha geniş bölgədə bağlılığı təşviq etmək üçün yenilənə bilən enerji, rəqəmsallaşma və ticarət və nəqliyyat vasitələrindən daha yaxşı istifadə etmələri üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanı dəstəkləmək məqsədini daşıyır.
E.Məmmədyarov Qreminqeri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə baölı bu ilin 28-30 yanvar tarixlərində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ermənistanlı həmkarı ilə Cenevrədə keçirilmiş görüşü barədə məlumat verib. “Nazir münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb. Qreminqer Minsk Qrupunun həmsədrlərinin səylərinə tam dəstəyini ifadə edib və insanlar arasında intensiv təmaslar vasitəsilə əhalilərin sülhə hazırlanması üçün konkret addımları və danışıqları alqışlayıb”, - XİN-dən vurğulanır.
Həmçinin, Məmmədyarov və Qreminqer 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərini müzakirə ediblər. E.Məmmədyarov vurğuladı ki, bu seçkilər Azərbaycanda həyata keçirilən islahatlar prosesi kontekstində nəzərdən keçirilməlidir. **
A.Əzizov