2020-ci ilin yanvar ayında Azərbaycan əhalisi ticarət obyektlərindən 3 milyard 75,6 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 1 milyard 564,3 milyon manat (2019-cu ilin yanvar ayı ilə müqayisədə artım 2,7%), qeyri-ərzaq mallarının alınmasına 1 milyard 511,3 milyon manat (artım 3,6%) sərf olunub.
Yanvar ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 44,8%-i ərzaq məhsullarının, 6,1%-i içki və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 157,2 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 151,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
N.Abbasova