Dünya Birjaları Federasiyasının Direktorlar Şurasının qərarı ilə Bakı Fond Birjası tərəfdaş birja statusunu əldə edib. Bu barədə BFB-dən məlumat verilir.
“BFB Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasına üzv olmaq üçün müraciət etmiş və Federasiyanın Direktorlar Şurasının 15 yanvar 2020-ci il tarixli qərarı ilə tərəfdaş birja statusunu əldə edib”, - BFB-dən qeyd ediblər.
Hesab edilir ki, Federasiya ilə tərəfdaşlıq Bakı Fond Birjasının inkişaf perspektivlərində və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyininin yaxşılaşdırılması istiqamətində yeni imkanlar yaradır.
Dünya Birjaları Federasiyası (World Federation of Exchanges, WFE) – dünyada qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətin təşkilatçılarının sahə assosiasiyasıdır. Birjaya daxil olan federasiyalarda tədavüldə olan qiymətli kağızların ümumi bazar kapitallaşması dünya iqtisadiyyatı müəssisəölərinin ümumi kapitallaşamasını 97% keçir. **
Ə.Məmmədov