Prezident İlham Əliyev Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün böyük imkanların olduğunu qeyd edir.
İ.Əliyev və Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms bu gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya şirkətləri tərəfindən Azərbaycanda layihələrin həyata keçirilməsi məsələsini müzakirə ediblər.
“Bizim alman şirkətləri ilə çox dərin əməkdaşlığımız var. Onlar uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəmiz üçün çox mühüm olan müxtəlif infrastruktur, enerji istehsalı və tikinti ilə bağlı layihələr həyata keçiriblər. Düşünürəm ki, qarşıdakı illərdə daha çox imkanlar olacaq”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə, həmçinin Azərbaycan regionlarının 2024-cü ilə qədər olan dövrü əhatə edən inkişaf proqramı müzakirə edilib, bu proqramda alman şirkətlərinin fəal iştirak etməsinin əhəmiyyəti vurğulanıb.*
X.Nəsirzadə