Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələriin birində hərbi obyektin açılışında iştirak edib. Bu barədə nazirlikdən məlumat verilir.
“Hərbi hissənin avtomobil parkında iriqabaritli hərbi maşınlar üçün saxlanclar, yanacaqdoldurma məntəqəsi və açıq test meydançası yaradılıb”, - məlumatda qeyd edilir.
Müdafiə naziri parkın ərazisində avtomobillərin saxlanc boksları, yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir məntəqələrində şəraitlə tanış olduqdan sonra, müvafiq tapşırıqlarını verib. **
N.Abbasova