2019-cu ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar zamanı aşkar olunan bəzi nöqsanların ciddiliyi nəzərə alınaraq 5 büdcə təşkilatı üzrə 1676,1 min manat məbləğində artıq və əsassız ödənişlərə dair yoxlama materialları Baş Prokurorluğa göndərilib. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.
Məlumata əsasən, ümumilikdə, hesabat ilində aparılan bütün nəzarət tədbirləri ilə aşkar olunan 29 milyon 822,2 min manat məbləğində artıq və əsassız ödənişlərin 18 milyon 264,2 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.
Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 73 nəfər vəzifəli şəxsə 66,2 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib. **
A.Əzizov