Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə 1,8 mindən artıq yubiley pul nişanı dövriyyəyə buraxıb. Bu barədə AMB-dən məlumat verilir.
“Ötən il ərzində 748 ədəd qızıl, 45 ədəd qızıl-platin, 967 ədəd gümüş və 84 ədəd kupronikeldən olan yubiley və xatirə pul nişanları dövriyyəyə buraxılıb. Pul nişanları beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında 999 əyarlı qiymətli metallardan istehsal edilib”, - məlumatda qeyd olunur.
AMB-dən bildirilir ki, tədavülə buraxılan yubiley və xatirə pul nişanlarına həm Azərbaycanda, həm də xaricdə böyük tələbat var. **
Ə.Məmmədov