Azərbaycanın aşağıbüdcəli “Buta Airways” aviaşirkəti İrana uçuşları davam etdirəcək. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidməti məlumat verir.
“Aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - məlumatda AZAL-ın prezidenti Cahangir Əsgərovun sözlərindən sitat gətirilir.
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, “bu istiqamətdə əlavə tədbirlər görüləcək”. **
A.Əzizov