İran İslam Respublikasının 4 vətəndaşı1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib, onlardan 3-də yüksək hərarət qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verir.
“19-21 yaş arası olan4 İran vətəndaşı yüksək hərarətlə əlaqədar xəstəxanaya müraciət edib”, - nazirlikdən qeyd olunur.
Onlar Bakıya bir neçə gün əvvəl gəliblər.
Vurğulanır ki, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. “Onlardan 3-nün vəziyyəti normaldır səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var, həkim müşahidəsi atındadırlar”, - nazirlik qeyd edir.
Eyni zamanda əlavə olunur ki, həmin şəxslər Bakıya İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. “Həmçinin onlar İranda xəstə insanlarla ünsiyyətdə olmayıblar”, - nazirlikdən bildirilir. **
X.Nəsirzadə