Çərşənbə axşamı Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında təkbətək görüş olub. Bu barədə Azərbaycan liderinin saytı məlumat verir.
Fevralın 25-də Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclası keçiriləcək.
Şuranın iclasında ikitərəfli münasibətlərin gələcəkdə dərinləşməsi məqsədilə əməkdaşlığın bütün aspektlərini müzakirəsi planlaşdırılır.
İclasın yekunları üzrə 9 sənədin imzalanması planlaşdırılır. **
X.Nəsirzadə