SOCAR martın 20-də Belarusun “Belneftexim” konserninə neft nəqlinə başlamağı planlaşdırır.
““Belneftexim” konserni üçün nəzərdə tutulan 85 min tona yaxın Azərbaycan neftinin olduğu ilk tankerin Supsa limanından təqribən martın 20-də göndərilməsi planlaşdırılır", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müaviniİbrahim Əhmədov“İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Daha əvvəl İ.Əhmədov məlumat vermişdi ki, SOCAR və “Belneftexim” arasında bir tanker partiyasının nəqlinə dair saziş mövcuddur, ikinci partiya ilə bağlı danışıqlar aparılır.
Konsernin mətbuat katibi Aleksandr Tişenko “İnterfaks-Qərb” agentliyinə bildirib ki, “Belneftexim” SOCAR ilə ümumi həcmi 160 min ton neft olan iki tankerin çatdırılmasına dair sövdələşmə bağlayıb.
“Mart ayında Ukrayna ərazisindən Odessa-Brodı neft kəməri ilə neftin nəqlinə başlanılacaq. SOCAR ilə ümumi həcmi 160 min ton neft olan iki tankerin nəqlinə dair sövdələşməni təsdiq etdik”, - deyə A.Tişenko əlavə edib.*
N.Abbasova