Cümə axşamı müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub. Bu barədə nazirlikdən məlumat verilir.
“O cümlədən, tərəflər keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparıblar”, - nazirlikdn qeyd edilir. **
X.Nəsirzadə