Azərbaycan prezidenti İlham Əliyev Suriyanın İdlib şəhərində türk hərbçilərinin həlak olması ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı ünvanlayıb.
“Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım. Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - Azərbaycan liderinin saytında dərc olunan başsağlığı məktubunun mətnində deyilir.
Öncə məlumat verilib ki, Suriya Hərbi Hava Qüvvələrinin İdlibə endirdiyi zərbələr nəticəsində 33 türk əsgəri həlak olub. Cümə gününə keçən gecə Türk hərbçiləri Suriya hökumət qüvvələrinə cavab zərbələri endirib. **
X.Nəsirzadə