İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir. Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında bildirilir.
“Martın 4-də İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması üçün uçuş reysi təşkil olunacaq. Azərbaycana gəlmək istəyən vətəndaşların Bakının Tehrandakı səfirliyi və Təbrizdəki baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməlidirlər”, - məlumatda qeyd olunur.
İrandan təxliyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə 14-29 gün müddətinə karantinə yerləşdiriləcəklər.
Xəbər verildiyi kimi, fevralın 29-da Azərbaycan axşam saatlarında İranla hava əlaqəsini tam bağlayıb, o cümlədən, koronavirus xəstəliyinin yayılmaq təhlükəsi ilə əlaqədar bu ölkə ilə sərhədi 2 həftə müddətinə bağlayıb. **
Ə.Məmmədov