Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkın açılışında iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezidentə burada görülən işlər barədə məlumat verdi.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dövlət başçısına bu ərazidə yol-nəqliyyat infrastrukturu barədə məruzə etdi.
“Prezident Əliyev yeni yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tapşırıq və göstərişlərini verdi”, - dövlət başçısının saytında məlumat verilir. **
X.Nəsirzadə