02.03.2020 16:51

Çavuşoğlu həmsədrləri Qarabağ münaqişəsinin həlli üçün daha səmərəli işləməyə çağırıb

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüblər. Bu barədə türkiyəli nazir öz Twitter səhifəsində yazıb.

Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətini müzakirə ediblər.

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha səmərəli işləməlidir. Bu problem Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinə hörmət çərçivəsində olmalıdır”, - deyə M.Çavuşoğlu bildirib.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.