Fevralın 14-dən 20-dək Rusiya 533 min ton taxıl ixrac edib, bu da ötən həftənin göstəricisindən 40,2% və dörd həftə ərzində orta göstəricidən 20,3% çoxdur. Bu barədə RF Kənd Təsərrüfatı nəzdindəki “Aqroanalitika Mərkəzi”nin icmalında məlumat verilir.
Məlumata əsasən, cari mövsümdə Rusiya taxılı daha çox Türkiyə (mövsümün əvvəlindən 6,2 milyon ton, bu da bütün ixracın 22%-ni təşkil edir), Misir (5 milyon ton, 18%), Banqladeş (2 milyon ton, 7%), Azərbaycan (1,1 milyon ton , 4%) və Səudiyyə Ərəbistanına (1,1 milyon ton, 4%) ixrac olunub.
Həmçinin bu mövsümdə ən iri Rusiya buğda alıcıları Türkiyə (5,372 milyon ton, bu da ümumi buğda ixracının 22,6%-ni təşkil edir və bir il əvvəlin göstəricisindən 44,9% çoxdur), Misir (4,781 milyon ton və ya 20,1%, 18,4% az) və Banqladeşdir (2,004 milyon ton və ya 8,4%, 42,5% çox). Dördüncü yerdə mövsümün əvvəlindən Rusiya buğdasının ixracını 2,7 dəfə - 1,032 milyon tonadək artıran Azərbaycandır. **