Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov prezident İlham Əliyevi Türkmənistanın neytral statusunun 25 illiyinə həsr olunan təntənəli tədbirlərdə, həmçinin cari ilin dekabr ayında Aşqabadda keçiriləcək “Neytralitetin siyasəti və onun sülh, təhlükəsilzik və davamlı inkişafdakı rolu” Beynəlxalq konfransda iştirak etməyə dəvət edib. Bu barədə Türkmənistan liderinin saytı məlumat verir.
Berdiməhəmmədov çərşənbə günü Bakıda Əliyev ilə danışıqlar zamanı əminliklə bildirib ki, Azərbaycan prezidentinin bu forumda iştirakı gözə çarpan və mühüm hadisə olacaq.
Yüksək səviyyəli Azərbaycan-Türkmənistan danışıqlarda çıxışı zamanı Berdiməhəmmədov qeyd edib ki, Bakıya hazırki rəsmi səfərinin əsas məqsədi dövlətlərarası əməkdaşlığın daha da möhkəmləndirlməsi, bu əməkdaşlığa iki ölkənin cəhdləri və obyektiv imkanlarına uyğun yeni keyfiyyət və məzmunun verilməsidir.
Onun sözlərinə görə, dünya arenasında ikitərəfli əməkdaşlığın təməli, ilk öncə hər iki dövlətin beynəlxalq və regional təhlükəsilzik və sabitliyin qorunması və möhkəmlənməsinə sadiq olmaqdır.
Bununla əlaqədar Berdiməhəmmədov əminlikdə bildirib ki, hazırki şəraitdə BMT, ATƏT, İƏT, MDB, həmçinin digər beynəlxalq və regional strukturlar çərçivəsində qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək lazımdır.
O cümlədən, Türkmənistan prezidenti Xəzərdə əməkdaşlıq məsələsinə toxunaraq qeyd edib ki, bununla əlaqədar əvvəlcə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası üzrə razılaşdırılmış tədbirlər görmək lazımdır.
Türkmənistan lideri diqqəti iri nəqliyyat-logistika mərkəzi kimi Xəzər hövzəsinə yönəldib. Bu, həm Xəzəryanı ölkələr arasında, həm də xarici bazarlara çıxış əldə etmək kontekstində ticarət-iqtisadi əlaqələrin inkişafı üçün perpektivlər açan strateji istiqamətdir.
“Bu seqmentdə ən vacib istiqamət Xəzər dənizi-Qara dəniz nəqliyyat marşrutu layihəsinin istifadəyə verilməsi üzrə birgə işdir. Xəzər və Qara dəniz regionlarının vahid nəqliyyat dəhlizində birləşdirilməsi sözsüz ki, iqtisadi tərəfdaşlığın inkişafı, istehsal və enerji kooperasiyası, ticarət, investisiyalar üçün çox geniş perpektivlər açır. Həmçinin, yalnız bu layihənin iştirakçıları olan ölkələr üçün deyil, həm də Asiya və Avropanın digər dövlətləri, tamdəyərli qitələrarası əlaqlərin inkişafında maraqlı olan iri iqtisadi birliklər üçün”, - Berdiməhəmmədov qeyd edib. **
Ə.Məmmədov