Prezident İlham Əliyev Bakı şəhərində böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının rəsmi saytında dərc olunub.
Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.*
X.Nəsirzadə