Prezident İlham Əliyev Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər üçün SOCAR-a 10,92 milyon manat (cari məzənnə ilə $6,42 milyon) məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün imzalanıb.
Sərəncam çərçivəsində Şabran rayonunda 4, Siyəzən rayonunda 2, Xızı rayonunda 2, Abşreon rayonunda isə 1 kənd qazlaşdırılacaq.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Hazırda Azərbaycanda qazlaşdırma səviyyəsi 96% təşkil edir.
Daha əvvəl prezident İ.Əliyev bildirmişdi ki, SOCAR 2020-ci ildə ölkədə qazlaşdırma işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 130 milyon manat alacaq.
2019-cu ildə şirkət bölgələrdə qazlaşdırma tədbirlərinin davam etdirilməsi üçün dövlət büdcəsindən 53,5 milyon manat alıb.*
B.Rüstəmbəyov