Dövlət Turizm Agentliyi (DTA) Muğanlı-İsmayıllı-Basqal avtomobil yolunun yenidən qurulması və Basqal dairəvi yolunun tikintisi üçün podratçılar seçir. Bu barədə agentliyin elanında deyilir.
Seçim açıq tender metodu ilə aparılır. Tenderdə ixtisaslı işçi heyətinə, lazımi maliyyə və texniki imkanlara malik olan kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tenderdə Muğanlı-İsmayıllı-Basqal avtomobil yolunun yenidən qurulması (4 km) və Basqal dairəvi yolunun tikintisi (1,3 km) üçün podratçıların seçimi nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 500 manatdır.
Tender təklifləri 5 may saat 18:00-dək qəbul olunur. Tender proseduru 6 may saat 12:00-da baş tutacaq.*
N.Abbasova