Martın 16-da “Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbuldan 237 Azərbaycan vətəndaşını çarter reysi ilə Bakıya gətirib.
“Azərbaycanın Milli aviadaşıyıcısı Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar hökumətin tapşırığı ilə Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 16-da Bakı-İstanbul-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirmişdir. Saat 22:04 radələrində Bakıya enmiş həmin reys ilə 237 nəfər Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılıb”, - “İnterfaks-Azərbaycan”a AZAL-ın mətbuat xidmətindən məlumat verilir.
Xəbər verildiyi kimi, martın 15-də İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı gətirilib. **
N.Abbasova