Azərbaycan prezidenti İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinə 1,61 milyon manat ayırmağı tapşırıb.
Dövlət başçısının məlumatına görə, İ.Əliyev çərşənbə axşamı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, vəsait 23 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılacaq.
Bu tədbirlər əhalisi 34320 nəfər olan 21 yaşayış məntəqəsində həyata keçiriləcək. **
X.Nəsirzadə