ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfirAnjey Kasprşikregionda monitorinqlərin dayandırılması ilə bağlı bəyanat yayıb.
“COVİD-19 koronavirus infeksiyasının yayılmasından sonra yaranmış vəziyyətin beynəlxalq sərhədlərin bağlanmasına səbəb olub. İnfeksiya riskini azaltmaq üçün beynəlxalq və yerli səfərlərə məhdudiyyətlər qoyulub”, - ATƏT-in saytında yerləşdirilən A.Kasprşikin bəyanatında deyilir.
“Sadalanan faktorlar nəzərə alınaraq və tərəflərlə məsləhətləşmələrdən sonra monitorinqlər dayandırılıb. Bununla yanaşı, hərbi hakimiyyətlə əlaqə saxlamağı davam etdirəcəyəm”, - o qeyd edib. **