2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 8 milyard 301,5 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 8,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 8% - 834 manatadək artıb.
Yanvar-fevral aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 7 milyard 475,9 milyon manat qalır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 8,3% çoxdur.
2019-cu ildə əhalinin nominal pul gəlirləri 7,4% artıb.*
Ə.Məmmədov