Qazaxıstan hökuməti beynəlxalq hava yollarının bağlanması ilə əlaqədar öz vətəndaşlarının Polşa, Gürcüstan və Azərbaycandan aparılmasının təşkil edilməsi barədə qərar qəbul edib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
"Polşa, Gürcüstan və Azərbaycanla beynəlxalq hava əlaqələrinin bağlanması ilə əlaqədar hökumət bu ölkələrdəki Qazaxıstan vətəndaşlarının qaytarılması barədə qərar qəbul edib", - deyə A.Smadiyarov bu gün Nur-Sultanda jurnalistlərə bildirib.
"XİN digər dövlət orqanları ilə sıx əlaqədə Qazaxıstan vətəndaşlarının ölkəyə qayıtmasını təşkil edəcək. Qazaxıstanlıların evlərinə qayıtması "Air Astana" və "SCAT" aviaşirkətləri tərəfindən ucuz reyslərin təşkili vasitəsilə həyata keçiriləcək", - deyə diplomat əlavə edib.*