Azərbaycan və Gürcüstan hökumətləri dövlət sərhədinin 2020-ci il aprelin 20-dək bağlı saxlanılmasına qərar veriblər.
“Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə bütün nəqliyyat vasitələri üçün martın 14-də saat 00:00-dan dövlət sərhədinin 10 gün müddətinə bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb”, - Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilir .
Eyni zamanda, qərargahdan vurğulanır ki, iki ölkə arasında yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.
İndiyədək Azərbaycanda COVİD-19 koronavirusa 72 yoluxma faktı qeydə alınıb. Onlardan 10 nəfər sağalıb, bir nəfər dünyasını dəyişib, 61 nəfər müalicə alır. **
N.Abbasova