2020-ci ilin yanvar ayında Azərbaycana 49,951 min ton buğda idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 55,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $10 milyon 952,7 min (azalma 53,8%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $2 milyon 16 min dəyərində (artım 83,1%) 5,9 min ton şəkər xammalı və şəkər (azalma 81,1%), $4 milyon 787,8 min dəyərində (artım 32,5%) 11,9 min ton bitki yağı (artım 40,3%), $5 milyon 161,1 min dəyərində (artım 2,1 dəfə) 1,337 min ton çay (artım 1,9 dəfə), $4 milyon 966,4 min dəyərində (artım 27,8%) 1 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 40,3%) idxal edilib.
Ötən ay respublikaya $2 milyon 937 min dəyərində (artım 8%) 812,4 ton iribuynuzlu heyvan əti (azalma 12,2%), $3 milyon 649,2 min dəyərində (azalma 3,6%) 3,333 min ton quş əti və quş əti məhsulları (azalma 10,5%) idxal edilib.
Yanvar ayında Azərbaycana $7 milyon 106,8 min dəyərində (azalma 15,7%) 8,48 min ton meyvə (azalma 6,4%), $957,7 min dəyərində (azalma 0,7%) 1,792 min ton tərəvəz (artım 8,5%), $4 milyon 593 min dəyərində (azalma 7,3%) 17,124 min ton kartof (azalma 13,5%) idxal edilib.
Hesabat ayında ölkədən $15 milyon 131,4 min dəyərində (artım 20,4%) 12,752 min ton tərəvəz (azalma 7%), $26 milyon 670,4 min dəyərində (azalma 12,5%) 24,541 min ton meyvə (azalma 32,7%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $511,4 min dəyərində (azalma 47,8%) 1,156 min ton şəkər (azalma 44,5%), $17 milyon 136,5 min dəyərində (artım 5,5 dəfə) 1,444 min ton bitki yağı (artım 9,3 dəfə) ixrac edilib.
Cari ilin yanvar ayında Azərbaycan $816,3 min dəyərində (аrtım 1,7 dəfə) 583,4 min ton meyvə və tərəvəz şirələri (artım 1,7 dəfə), $134,5 min dəyərində (azalma 73,1%) 5,1 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 87,3%), $843,9 min dəyərində (аrtım 2,2 dəfə) 519,5 ton meyvə və tərəvəz konservləri (artım 1,8 dəfə), $488 min dəyərində (azalma 72,8%) 222 ton tütün (azalma 66,1%) ixrac edib.*
B.Rüstəmbəyov