“Azərbaycan Hava Yolları” (AZAL) QSC London və Moskvadan iki çarter reysi yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını Bakıya gətirib.
“Martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını Bakıya gətirib. Bu şəxslər karantinə yerləşdiriliblər”, - deyə AZAL-ın mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AZAL xatırladır ki, vətəndaşların ölkəyə qayıtması tarixləri xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun müəyyən edilir.*
N.Abbasova