Əmanətlərin Sığortalanması Fondu əməkdaşları əmək haqlarından koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması tədbirlərə dəstək olaraq Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat köçürüblər.