Aprelin 3-də Milli Məclisin iclasında 2019-cu ildə Azərbaycanın sosial-iqtisadi inkişafının nəticələrinə dair hesabatın dinlənilməsi planlaşdırılır.
“Aprelin 3-də parlamentin yaz sessiyasının beşinci plenar iclasında hökumətin hesabat təqdim edəcəyi ehtimal olunur”, - “İnterfaks-Azərbaycan”a hökumətdəki mənbə bildirib.
Qanunvericiliyə əsasən, parlamentin yaz sessiyasının beşinci plenar iclasında hökumət ötən il ərzində fəaliyyəti barədə hesabat verir.
Öz növbəsində, parlamentdəki mənbə “İnterfaks-Azərbaycan”a məlumat verib ki, qanunverici orqanın növbəti plenar iclası martın 30-na nəzərdə tutulur. “Bu, parlamentin 2020-ci ildə dördüncü iclası olacaq”, - o qeyd edib.
Agentliyin həmsöhbəti əlavə edib ki, parlament iclasların keçirilməsi vaxtını da dəyişdirir. “Əgər iclas əvvəllər 12:00-da başlayaraq 14:00-dək davam edirdisə, daha sonra iki saat fasilədən sonra saat 16:00-da təkrar başlayaraq və 18:00-da başa çatırdısa, indi iclaslar saat 11:00-də başlayaraq 13:00-dək davam edəcək, fasilədən sonra isə 15:00-da təkrar başlayaraq saat 17:00-da başa çatacaq”, - o vurğulayıb.
Hesabatda respublikada makroiqtisadi vəziyyətin təhlili, ötən il dövlət büdcəsinin icrası, maliyyəbazarının ayrlı-ayrı seqmentlərinin inkişafı, sosial problemlərin həllinə yönələn hökumətin tədbirləri na dair məlumatlar, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri, mənzil-kommunal təsərrüfat subyektlərinin fəaliyyətinin nəticələri, sahibkarlıq fəaliyyətinin inkişafının stimullaşdırılması üzrə tədbirlər öz əksini tapıb. **
A.Əzizov