Hesablama Palatasının Kollegiyası 2019-cu il üçün fəaliyyət hesabatını təsdiq edib.
“Kollegiya Hesablama Palatasının 2019-cu il üçün fəaliyyət hesabatını təsdiq edərək sənədi Milli Məclisə göndərilməsini qərara alıb”, - Palatanın məlumatında qeyd olunur.
Hesabatda Hesablama Palatasının 2019-cu ildə apardığı yoxlamalar, aşkar olunan çatışmazlıqlar və pozuntu faktları, Palatanın büdcəsinin icrasına dair məlumatlar və beynəlxalq münasibətlərə dair məlumatlar öz əksini tapıb.
Bundan başqa, COVİD-19 koronavirusla əlaqədar Azərbaycanda xüsusi karantin rejimi şəraitində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov xüsusi rejimdə rəhbər şəxslərin fəaliyyətinin təşkil olunması, iclasların, müzakirələrin və toplantıların yalnız telefon və internet rabitəsi vasitəsilə keçirilməsi ilə bağlı tapşırıqlar verib. **
A.Əzizov