2019-cu ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $3,5 milyard təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 28,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2019-cu ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin həcmi 2018-ci illə müqayisədə 28,6% - $3,5 milyarda qədər azalıb. Turizm xidmətləri balansının profisiti 2018-ci ildə qeydə alınmış $349,8 milyona qarşı $89 milyon təşkil edib”, - deyə AMB-nin ötən il üzrə tədiyə balansına dair məlumatında qeyd olunur.
Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $1,7 milyard məbləğində turizm xidmətləri göstərilib. "Bu məbləğin 90,2%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşüb”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov