02.04.2020 14:27

Azərbaycanda bir həftə ərzində tibbi maskaların istehsalının təşkili nəzərdə tutulur

Azərbaycanda bir həftə ərzində tibbi maskaların istehsalına başlamaq planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib.

“Sumqayıtda maskaların istehsalına başlamaq planlaşdırılır. Bu gecə xammal müəssisəyə gətirilib, zəruri avadanlığın bir hissəsi artıq quraşdırılıb”, - Məmmədov bildirib.

Onun sözləri görə, istehsalın bir həftə ərzində təşkili ehtimal olunur.

“İlkin mərhələdə müəssisədə gündəlik 70-80 min maska istehsal olunacaq. Eynə zamanda, müəssisənin maksimum gücü gündəlik 200 min maska təşkil edəcək”, - Məmmədov əlavə edib.

Hazırda Azərbaycanda COVİD-19 koronavirus infeksiyasına görə xüsusi karantin rejimi şəraitində tibbi maskalara yüksək tələbat var. **

A.Əzizov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.