Nazirlər Kabineti yanında Operativ Qərargah ilk dəfə ölkənin müxtəlif rayonlarında koronavirusa yoluxanların sayını dərc edib.
Qərargahın məlumatına görə, aprelin 3-nə ən çox yoluxma hadisəsi Bakıda (149), Lənkəranda (18) və Cəlilabadda (15) qeydə alınıb. Salyan rayonunda 12, Abşeronda 11, qalan rayonlarda 10-dan az yoluxma faktı qeydə alınıb.
Koronavirusa yoluxanların 98 nəfəri xarici ölkələrdən qayıtmış Azərbaycan vətəndaşlarıdır.
Bakıda ən çox yoluxma hadisəsi Yasamal (27), Nəsimi (23) və Binəqədi (23) rayonlarında qeydə alınıb.
Bakıda ən az yoluxma hadisəsi Pirallahı (2) və Nizami (2) rayonlarında qeydə alınıb.
Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.*
Ə.Məmmədov