Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, - deyə məlumatda bildirilir.
Beləliklə, Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 584 nəfərə çatıb.
“Hazırda 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur. 32 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.*
N.Abbasova