“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi koronavirus pandemiyasının yayılması və dünya bazarlarında neftin qiymətinin ucuzlaşması fonunda 2020-ci ildə Azərbaycanda ÜDM-nin artım proqnozuna yenidən baxıb.
Yanvar ayında “S&P” 2020-ci il üçün Azərbaycanda ÜDM artımını 1,7% səviyyəsində proqnozlaşdırmışdı.
"Biz 2020-ci ildə Azərbaycanda real ÜDM-nin artım tempinin 0,7% azalacağını və növbəti iki il ərzində tədricən bərpa olunacağını gözləyirik", - deyə “S&P”dən "İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templəri ilə bağlı yeni proqnozu hələ dərc etməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
A.Əzizov