Türkiyə cari təsərrüfat ilində(2019-cun il iyulun 1-də başlanıb) Rusiyadan taxıl satınalınmasında liderliyi qoruyur. Bu barədə “Rusaqrotrans” SC analitik mərkəzin tərtib etdiyi reytinqdə qeyd olunur.
Ənənəvi olaraq, ikinci yerdə Misir qərarlaşıb. Bu ölkəyə 5,48 milyon ton ixrac olunub, bu da bir il əvvəlinə olan göstəricisindən 22% azdır (7,03 milyon ton).
Üçüncü yerdə 3,04 milyon ton taxıl alan İrandır, bu da ötən ilin göstəricisindəın 1,5 dəfə çoxdur (1,96 milyon ton).
Bundan başqa, Rusiyadan taxıl alan alıcıların Top-5-ə Banqladeş (2,06 milyon ton taxıl, 28% çox) və bir il əvvəl 0,55 milyon tona qarşı bu il 1,22 milyon ton taxıl alan Azərbaycan daxildir. Azərbaycan tərəfindən əsasən buğda alınıb. **