Azərbaycan prezidenti Ilham Əliyev Samux rayonunda 15 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,05 milyon manat ayırmağı tapşırıb.
Bu tədbir Samux rayonunun əhalisi 35,078 min nəfər olan 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Əliyev çərşənbə günü müvafiq sərəncam imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə