2019-cu ilin yekunları üzrə Azərbaycanın birbaşa və zəmanətli xarici borcu $9 milyardı ötüb. Bunu baş nazir Əli Əsədov deyib.
"2019-cu ilin yekunları üzrə Azərbaycanın xarici borcu $9 milyard 91 milyon və ya ÜDM-nin 18,9%-ni təşkil edib”, - deyə o, parlamentdə 2019-cu ilə dair hesabatın müzakirəsi zamanı videomüraciətində bildirib.
Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə Azərbaycanın birbaşa və zəmanətli xarici borcu $8 milyard 927,1 milyon təşkil edib. Beləliklə, 2019-cu ildə xarici borc 1,8% artıb.
Prezident İlham Əliyev 2018-ci il avqustun 24-də “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nı təsdiq edib. Sənədə əsasən, 2026-cı ilə qədər Azərbaycanın xarici borcu 2017-ci ilin sonuna ÜDM-nin 22,8%-dən ÜDM-nin 12%-dək azalacaq.*
Ə.Məmmədov