Maliyyə Nazirliyi bu gün koronavirusdan (COVID-19) zərər çəkmiş sahibkarların hesabına vəsaitin köçürülməsinə başlayıb.
“Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ilkin sifarişlər əsasında pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 698 vergi ödəyicisinə 1,728 milyon manat, 533 mikrosahibkara isə 637 min manat vəsait onların bank hesablarına köçürülüb”, – deyə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Xəbər verildiyi kimi, pandemiyadan ən çox zərər çəkmiş şirkətlərdə çalışan 304 min işçinin əməkhaqqının ödənilməsi üçün dövlət büdcəsindən 215 milyon manat ayrılacaq.
Bundan başqa, 300 minə yaxın mikrobiznes subyektinə 80 milyon manat ödəniləcək. Ödənişlərin məbləği 250 manatdan 5 min manata qədər təşkil edəcək.*
N.Abbasova