Prezident İlham Əliyev Masallı rayonunda 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 700 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bu addım Masallı rayonunun əhalisi 36274 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına xidmət edir.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün imzalanıb və dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə