Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunda17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,19 milyon manat ayırmağı tapşırıb.
Bu addım Qax rayonunun əhalisi 28701 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə atılır.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
İ.Əliyev cümə axşamı müvafiq sərəncam imzalayıb, sənəd dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə