Azərbaycan hökuməti İran İslam Respublikası və Gürcüstanla dövlət sərhədlərinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddətini 4 may 2020-ci il tarixinədək uzadıb.
“Azərbaycan ərazisində tətbiq edilən xüsusi karantin rejiminin 2020-ci il 4 may saat 00.00-dək uzadılması ilə əlaqədar İran və Gürcüstanla dövlət sərhədlərinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır”, - deyə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir.
Hazırkı dövrədək Azərbaycanda 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.*
X.Nəsirzadə