2020-ci ilin birinci rübündə Azərbaycanda tikinti materiallarının istehsal həcmi 141,4 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalı 683,6 min ton (2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə azalma 29,1%), süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalı 13,5 min ton (azalma 59,8%), işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 2,828 ton (azalma 36,2%), beton konstruksiya istehsalında 9,4 min kubmetr (azalma 5,1%) təşkil edib.
Yanvar-mart aylarında tikinti gipsi istehsalı 3,8 min tonadək (artım 2,8 dəfə), asfalt istehsalında 9,3% - 39,8 min tonadək, tikinti kərpici istehsalında 1,5% - 101,5 min kubmetrədək, hazır beton qarışığı istehsalında 1,5% - 308,6 min tonadək artım qeydə alınıb.**
B.Rüstəmbəyov