Heydər Əliyev Mərkəzi MDB ölkələrinin ən yaxşı muzeylərinin və müasir incəsənət mərkəzlərinin reytinqində lider mövqe tutur.
“TurStat” portalının məlumatına görə, reytinq muzeylərin populyarlığı, virtual turlar və muzey ekspozisiyaları üzrə ekskursiyaların təklifi baxımından aparılan tədqiqatların nəticələri əsasında tərtib edilib.
Reytinqdə Minskdəki (Belarus) Milli Müasir İncəsənət Mərkəzi 1-ci, Heydər Əliyev Mərkəzi 2-ci, Nur-Sultandakı (Qazaxıstan) Sülh və Həmrəylik Sarayı (Piramida) 3-cü yeri tutub.
İlk beşliyə Yerevandakı Müasir İncəsənət Muzeyi və Daşkənddəki (Özbəkistan) Müasir İncəsənət Mərkəzi də daxildir.*
X.Nəsirzadə