Aprelin 20-dən etibarən Azərbaycan RF ərazisində olan 548 vətəndaşını vətənə qaytarıb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilir.
“Rusiyanın aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və əməkdaşlıq çərçivəsində aprelin 20-dən etibarən sərhədi 548 nəfər keçib Azərbaycana geri qayıdıb. Bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdiriliblər”, - XİN-dən vurğulanır.
XİN-in məlumatına görə, yalnız xüsusi portalda qeydiyyatdan keçən Azərbaycan vətəndaşlarının RF-dən ölkəyə geri dönüşü təmin edilir.
Vurğulanır ki, Azərbaycan vətəndaşlarının RF-dən qaytarılması portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq həyata keçiriləcək. **
A.Əzizov