23.04.2020 10:53

Səhiyyə Nazirliyi Abşeron Rayon Xəstəxanasının tibbi avadanlıqlarla təchizatı üçün podratçı seçir

Səhiyyə Nazirliyi Xırdalanda yerləşən Abşeron Rayon Xəstəxanasının tibbi avadanlıqlarla təchizatı üçün podratçı seçimi üzrə tender elan edib.

Podratçının vəzifələrinə təchiz olunmuş avadanlıqlara texniki xidmətin göstərilməsi də daxildir.

Tenderdə iştirak haqqı 400 manatdır.

Tender təklifləri 10 iyun saat 17:00-dək qəbul olunur. Tender proseduru 11 iyun saat 15:00-da baş tutacaq.

Ünvan: Bakı şəhəri, M.Mirqasımov küçəsi 1А. Telefon: (+99412) 565-12-41.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.