İqtisadiyyat Nazirliyi ölkədə iqtisadiyyatın bərpası tədbirləri çərçivəsində mikrosahibkarlıq subyektlərinə bir sıra vergi güzəştləri təklif edir.
Nazirliyin dərc etdiyi layihəyə əsasən, koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün güzəştlər veriləcək.
Mikro sahibkarlara sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır); 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.
Müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməyəcək və ödənilmiş vergilər növbəti dövrlərin ödəmələrinə aid ediləcək.*
Ə.Məmmədov