2020-ci ilin birinci rübündə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 60 mln. manat ($35,3 milyon) təşkil edib, bu da 2019-cu ilin yanvar-mart aylarının göstəricisindən 15,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Gəlirlərin 58,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - Komitədən bildirilir.
Hesabat dövründə ölkə üzrə mehmanxanalarda 474,6 min gecələmə keçirilib (azalma 13,5%). Gecələmələrin 55,4%-i Bakıda, 5,1%-i Qəbələdə, 5,1%-i Naftalanda, 4,6%-i Qubada, 3,8%-i Naxçıvan Muxtar Respublikası, 9,8%-i Qusarda, 1,7% Şabranda, 1%-i Mingəçevirdə, 0,8%-i Gəncədə, 7,4%-i digər rayonlarda mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 314,9 min təşkil edib ki (azalma 16,7%). Gecələmələrin 15,9%-i Rusiya Federasiyası, 12%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,6%-i İran, 7,1%-i Türkiyə, 6,7%-i Hindistan, 10,8%-i Səudiyyə Ərəbistanı, 4%-i Böyük Britaniya, 5,3%-İ Küveyt, 1,7%-i Pakistan, 1,9%-i Qətər, 3,2%-i İsrail, 1,6%-i Qazaxıstan, 1,8%-i İraq, 2%-i ABŞ, 1,4%-i Almaniya, 1%-i Almaniya, 0,9%-i Gürcüstan, 0,9%-i Bəhreyn, 17,9%-i digər ölkələrin vətəndaşlarının payına düşüb.
Yanvar-mart ayları ərzində mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 2019-cu ilin yanvar-mart ayları ərzində 15,7%-ə qarşı 12,21% təşkil edib. Bu göstərici Bakıda 17,3%, Naftalanda 43,4%, Qubada 18,3%, Beyləqanda 27,2%, Şabranda 25,6%, Naxçıvan Muxtar Respublikasında 16,5% səviyyəsində olub.
DSK-dan qeyd olunur ki, bütün göstəricilər üzrə azalma bütün dünya üzrə turizm sənayesinə mənfi təsir göstərən koronavirus pandemiyası ilə şərtlənir. **
B.Rüstəmbəyov